Finalda qalmaqal - 8-06-2023, 11:04 UEFA Konfrans Liqasının finalında baş tutan “Fiorentina” - “Vest Hem” görüşündə qalmaqallı anlar yaşanıb."Bizimxeber" bildirir ki, qarşılaşmanın 33-cü dəqiqəsində İngiltərə klubunun azarkeşləri meydana yad əşyalar atıb. Əşyalardan biri “Fiorentina”nın kapitanı Kristiano Biraqinin başına dəyib.Futbolçunun başı yarılıb və həkimlərin müdaxiləsindən sonra o, meydana qayıdıb. Facebook-da paylaş