Havertsin qiyməti açıqlandı

8-06-2023, 12:23           
Havertsin qiyməti açıqlandı
“Çelsi” yarımmüdafiəçisi Kai Havertsə qiymət qoyub.

Publika.az xəbər verir ki, London klubu 23 yaşlı futbolçunu ən azı 75 milyon funt-sterlinqə satmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Almaniya millisinin üzvü rəhbərliyə klubdan ayrılmaq istədiyini bildirib. Onunla “Real” və “Bayern” yaxından maraqlanır.

Qeyd edək ki, Haverts cari mövsüm ərzində Premyer Liqada keçirdiyi 35 oyunda 7 qol vurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.