UEFA “Qarabağ”a beş milyon avrodan çox ödəniş etdi

19-09-2023, 08:38           
UEFA “Qarabağ”a beş milyon avrodan çox ödəniş etdi
2023/2024-cü illər mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və UEFA Avropa Konfrans Liqasında iştirak edən klublar üçün UEFA tərəfindən ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

AFFA-dan verilən məlumata görə, UEFA “Qarabağ” Futbol Klubuna (FK) beş milyon avrodan çox ödəniş edib:

UEFA “Qarabağ” FK üçün 5 milyon 876 min avro, “Neftçi” və “Sabah” FK üçün isə 650 min avro ödəniş edib.

Qeyd edək ki, UEFA-dan yerli klublarımıza ayrılan ümumi məbləğ 7 milyon 176 min avrodur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru