Azərbaycanın məşhur idmançısı acınacaqlı durumda - "...evdə iki balam var"

14-07-2016, 15:58           
Azərbaycanın məşhur idmançısı acınacaqlı durumda - "...evdə iki balam var"
Boks üzrə 14 qat Azərbaycan çempionu, yeniyetmələr arasında Dünya və Avropa çempionu, Prezident mükafatçısı, əməkdar idman ustası Samir Məmmədov acınacaqlı vəziyyətdə yaşayır.

AzNews.az xəbər verir ki, idmançımız hazırda imkansızlıq ucbatından taksi sürücülüyü ilə məşğuldur. Əldə etdiyimiz məlumata görə, S.Məmmədov taksi xidmətlərindən birinin sürücüsüdür.

Samir Məmmədov AzNews.az-a faktı təsdiqləyib. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin, eləcə də Boks Federasiyasının diqqətsizliyi ucbatından, idmanı tamamilə atıb və ailəsini dolandırmaq üçün müxtəlif işlərə üz tutub: “Düzdür, mən taksi sürücüsü kimi fəaliyyət göstərmişəm. Ondan əvvəl daha ağır işlərdə çalışmışam. İl yarım idi ki, “189” taksi xidmətində çalışırdım. Hamısı ehtiyac ucbatındandır. Təbii ki, bu, mənim idmanda qazandığım nəticələrə yaraşmır. Mənim evdə iki balam var. Onlar evdə yemək istəyəndə, mən onlara nəyisə başa sala bilmərəm. Taksiçi işləmək ayıb deyil. Düzdür, hərə öz işinə uyğun işləsə əla olar. Amma nə edim”.

Qeyd edək ki, son bir neçə ildə idman camiəsinin, həmçinin mətbuatın və ictimaiyyətin gözündən qıraqda qalan idmançımız AzNews.az-a geniş müsahibə verib. Sözügedən müsahibəni gün ərzində saytımızdan oxuya bilərsiniz.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.