Dopinqə görə futboldan qovuldu

20-10-2023, 18:24           
Dopinqə görə futboldan qovuldu
“Monza” və Argentina millisinin vingeri Papu Qomez dopinq qəbul etdiyinə görə iki il müddətinə futboldan uzaqlaşdırılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadağan olunmuş maddə 2022-ci ilin noyabrında, Qətərdə dünya çempionatının başlamasına bir neçə gün qalmış aşkar edilib. Daha sonra futbolçu “Sevilya”da çıxış edib.

Qomezin sözlərinə görə, testdən bir neçə gün əvvəl özünü pis hiss edib və uşaqlarından birindən öskürək siropu içib. Qeyd olunur ki, WADA qaydalarına görə, bu, futbolçu üçün bəhanə deyil.

35 yaşlı argentinalı bu mövsüm “Monza”nın heyətində 2 oyun keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru