Benzema dörd dəqiqəyə həm rəqib, həm öz qapısına qol vurdu (VİDEO) 21-10-2023, 10:04 "Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatının 10-cu turunda "Əl-Taavun”la səfər matçının 22-ci dəqiqəsində hesabı açıb.Cəmi 4 dəqiqə sonra isə o, başla topu öz komandasının qapısından keçirərək hesabı bərabərləşdirib. Qarşılaşma elə bu nəticə ilə də başa çatıb - 1:1.Qeyd edək ki, 35 yaşlı fransalı "Əl-İttihad”ın heyətində ümumilikdə 8 oyunda 4 qola imza atıb. Facebook-da paylaş