HAMİLTONDAN QƏZZAYA YARDIM PAYLAŞIMI

21-10-2023, 08:27           
HAMİLTONDAN QƏZZAYA YARDIM PAYLAŞIMI
Formula 1 üzrə 7 qat dünya çempionu britaniyalı pilot Lyuis Hamilton Qəzzaya yardım üçün izləyicilərinə müraciət edib.

Tribunainfo.az xəbər verir ki, 38 yaşlı pilot 35 milyon izləyicisi olan sosial media hesabında Qəzzada yaşayanlara təcili yardım göstərən təşkilatın linkini paylaşıb.

Hamilton İsrail və Fələstində itirilən günahsız canlar üçün ürəyinin sıxıldığını ifadə edərək, “Yaşanan ağrı və itkilərin miqyası həqiqətən sarsıdıcıdır və günahsız insanların, xüsusilə də uşaqların qəsdən hədəfə alınmasına heç bir haqq qazandırıla bilməz. Bunu qəbul edə bilmərik”. – bildirib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru