İspaniya La Liqası: Qrizman “hindular”a qələbə gətirdi - VİDEO

22-10-2023, 09:16           
İspaniya La Liqası: Qrizman “hindular”a qələbə gətirdi - VİDEO
“Atletiko Madrid” İspaniya La Liqasının X turunda səfərdə “Selta”ya böyük hesabla qalib gəlib.

Oxu.Az xəbər verir ki, “hindular” rəqib meydanında üç cavabsız qolla üstün olublar.

Hər üç topu fransalı forvard Antuan Qrizman vurub. 29-cu dəqiqədə penaltidən fərqlənən hücumçu 64-cü dəqiqədə dublunu rəsmiləşdirib, 70-ci dəqiqədə isə het-trik müəllifi olub.
Qələbə “Atletiko Madrid”i turnir cədvəlində ikinci pilləyə yüksəldib. 22 xalı olan komanda lider “Real Madrid”dən üç xal geri qalır. “Selta” altı xalla 18-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru