17 yaşlı futbolçu “Barselona”ya qələbə qazandırdı - VİDEO

23-10-2023, 11:34           
17 yaşlı futbolçu “Barselona”ya qələbə qazandırdı - VİDEO
“Barselona” İspaniya La Liqasının X turunu qələbə ilə başa vurub.

Oxu.Az xəbər verir ki, Kataloniya klubu öz meydanında Bilbao “Atletik”inə qalib gəlib - 1:0.

Yeganə qolu qarşılaşmanın 80-ci dəqiqəsində Mark Guiu vurub. 17 yaşlı futbolçu “Barsa”nın əsas komandasında debüt etdikdən cəmi 23 saniyə sonra fərqlənməyi bacarıb.

Qələbə sayəsində xallarını 24-ə çatdıran “Barselona” üçüncü pillədədir. Komanda “Real Madrid” və “Jirona”dan bir xal geri qalır. “Atletik” 17 xalla altıncıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru