“Ferrari”nin ən bahalı avtomobili hərraca çıxarılır

23-10-2023, 12:35           
“Ferrari”nin ən bahalı avtomobili hərraca çıxarılır
Dünyanın ən nadir “Ferrari”lərindən biri olan 250 GTO “Sotheby's”də hərraca çıxarılır.

Söhbət dörd litrlik V12 mühərriki olan 1962-ci il avtomobilindən gedir.

O “Ferrari”nin bu mühərriklə istehsal etdiyi üç nüsxədən biridir.

Hərrac təşkilatçıları avtomobilin “Ferrari” brendi üçün rekord qiymətə satılacağını gözləyirlər. Belə ki, 2018-ci ilin avqustunda Monterreydə “Sotheby's” hərracında seriya nömrəsi 3413 olan nüsxə 56,4 milyon dollara satılıb.
Cari hərrac noyabrın 13-də Nyu-Yorkda keçiriləcək.

Mənbə: championat.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru