“Qarabağ” Almaniyaya yollandı - FOTOLAR

25-10-2023, 07:35           
“Qarabağ” Almaniyaya yollandı - FOTOLAR
Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Leverkuzen “Bayer”i ilə qarşılaşma üçün Almaniyaya yola düşüb.

Bununla bağlı klubun rəsmi “Facebook” hesabında məlumat paylaşılıb.

Qeyd edək ki, matçdan bir gün əvvəl, yerli vaxtla 18:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 19:00-da komandanın açıq məşqi nəzərdə tutulub.

Oktyabrın 26-da reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, “Qarabağ” və “Bayer” əvvəlki iki qarşılaşmada qələbə qazanıb.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru