Neymar poker turnirində ikinci oldu, bu qədər qazandı

25-10-2023, 11:46           
Neymar poker turnirində ikinci oldu, bu qədər qazandı
Braziliya millisinin Uruqvayla oyununda ağır xəsarət alaraq uzun müddətə sıradan çıxan Neymar mövsümü başa vursa da, poker yarışlarından qalmır.

Publika.az xəbər verir ki, o, onlayn formatda keçirilən "PokerStars Titans" turnirində mübarizə aparıb və ikinci olub. Bu barədə "PokerNews" məlumat yayıb.

Bildilir ki, "Əl-Hilal"ın hücumçusu 5,200 dollar giriş haqqı ödəyərək qatıldığı poker yarışında 59 iştirakçı arasında ikinci yeri tutub. Nəticədə 66,000 dollar qazanc əldə edib.

Birinci yeri litvalı Dominikas Mikensonas tutub. O, 91 min dollardan bir qədər çox pul qazanıb.

Vurğulanır ki, Neymarın 9-12 aylıq futboldan uzaq qaldığını nəzərə alsaq, onu tez-tez poker yarışlarında görə bilərik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru