“Səni öldürmək istərdim” - Azərbaycan əsilli futbolçu “Zenit”in məşqçisini HƏDƏLƏDİ

26-10-2023, 17:58           
“Səni öldürmək istərdim” -
Sankt-Peterburq "Zenit"inin baş məşqçisinin köməkçisi Anatoli Timoşuku ölümlə hədələnib.

Teref.az-ın Lent.az-a istinadla xəbərinə görə, ona qarşı təhdidlər futbol üzrə Ukrayna milli komandasının keçmiş yarımmüdafiəçisi, eləcə də komanda yoldaşı Aleksandr Əliyevdən gəlib.

“Bəlkə nə vaxtsa Timoşukla mən görüşərik. Mən onu məmnuniyyətlə öldürərdim”, - Əliyev Ukrayna telekanallarından birində bildirib. O, hətta həbsxanaya getməyə də hazır olduğunu vurğulayıb və həmçinin əlavə edib ki, guya o, mətbuatın sitat gətirdiyi kimi əməliyyatı ölkəsindən kənarda keçirmək niyyətindədir.

Anatoli Timoşuk 2017-ci ildən "Zenit"in baş məşqçisinin köməkçisi vəzifəsində çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru