Ramiz Qafarov zalda vəfat etdi (YENİLƏNİB - FOTO)

27-10-2023, 00:07           
Ramiz Qafarov zalda vəfat etdi (YENİLƏNİB - FOTO)
İnfarkt keçirən tanınmış diktor Ramiz Qafarova müdaxilə olunsa da, o, Voleybol Mərkəzində vəfat edib.

***

Tofiq Bəhrəmov adına Respublika stadionunun tanınmış diktoru Ramiz Qafarovun qəfil halı pisləşib.

Ölkə.Az-ın xəbərinə görə, hadisə Çelenc Kuboku çərçivəsində kişi voleybolçulardan ibarət "Xarı Bülbül" (Şuşa) komandasının 1/32 final mərhələsində Slovakiyanın "Spartak (Miyava) kollektivi ilə mübarizə aparan zaman yaşanıb. O, Bakıda baş tutan qarşılaşmanı izləyənlər arasında olub.

Matçı seyr edənlər arasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov da olub. Onun göstərişi ilə Ramiz Qafarovun Gömrük Hospitalına aparılacağı bildirilir.

Ramiz Qafarov infarkt keçirib və həkimlər ona təcili yardım göstərib.

Məşhura elektroşokun verildiyi, hazırda səhhətinin yaxşı olmadığı bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru