“Yuventus” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

29-10-2023, 09:46           
“Yuventus” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO
İtaliya A Seriyasının X turunda “Yuventus” “Verona” ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Turin klubu öz meydanında minimal hesablı qələbə qazanıb - 1:0.

Yeganə qolu qarşılaşmanın 90+7-ci dəqiqəsində Andrea Kambiaso vurub.
Qələbə sayəsində xallarını 23-ə çatdıran “Yuventus” birinci pilləyə yüksəlib. “Qoca sinyora” bir oyun az keçirən “İnter”i bir, “Milan”ı iki xal üstələyir. Səkkiz xalı olan “Verona” 16-cı yerdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.