Messi Ronaldu ilə rəqabətdən danışdı: “Hamını məğlub etmək istəyirdi”

1-11-2023, 08:14           
Messi Ronaldu ilə rəqabətdən danışdı: “Hamını məğlub etmək istəyirdi”
Argentinalı superulduz Lionel Messi Kriştianu Ronaldu ilə uzun sürən rəqabətdən danışıb.

Fanat.az xəbər verir ki, “L’Equipe” 8-ci dəfə “Qızıl top” mükafatına layiq görülən 36 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

“Bu, böyük bir döyüş idi. Atletika baxımından Kriştianu çox yaxşı idi. Düşünürəm ki, rəqabətimiz sayəsində bir-birimizə fayda vermişik. Çünki ikimiz də yarışmağı sevirik. O da həmişə hamını məğlub etmək istəyirdi.

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Düşünürəm ki, belə rəqabət həm biz, həm də futbolsevərlər üçün çox gözəl tarix oldu. Bu müddət ərzində gördüyümüz işlər çox dəyərlidir. Çünki, necə deyərlər, zirvəyə çıxmaq asan, orada qalmaq isə çətindir. Nə qədər olduğunu dəqiq bilmirəm, 10 və ya 15 il zirvədə qaldıq. Bu səviyyədə qalmaq çox çətin idi. Bu, futbolu sevən hər kəs üçün böyük rəqabət və gözəl xatirədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru