İngiltərə Liqa Kuboku: “Liverpul” və “Çelsi” mərhələ adladı, “Arsenal” turniri tərk etdi - VİDEO

2-11-2023, 12:04           
İngiltərə Liqa Kuboku: “Liverpul” və “Çelsi” mərhələ adladı, “Arsenal” turniri tərk etdi - VİDEO
İngiltərə Liqa Kubokunun 1/8 mərhələsi çərçivəsində maraqlı oyunlar baş tutub. Premyer Liqanın aparıcı klubları gecəni fərqli nəticələrlə başa vurublar.

“Çelsi” və “Liverpul” qələbə sayəsində mərhələ adlayıb, “Arsenal” isə məğlub olaraq turniri tərk edib.

“Topçular” “Vest Hem”in qonağı olublar. Qarşılaşma meydan sahiblərinin mütləq üstünlüyü ilə yekunlaşıb - 3:1.

“Çelsi” öz meydanında “Blekbörn”ü qəbul edib. “Zadəganlar” rəqiblərini iki cavabsız qolla keçərək adlarını 1/4 finala yazdırıblar - 2:0.

“Liverpul” isə səfər matçında azarkeşlərini sevindirməyi bacarıb. Mersisaydlılar “Bornmut”un öhdəsindən çətinliklə gəliblər - 1:2.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru