Avropa çempionatında idmançımıza qarşı haqsızlıq – Video

4-11-2023, 00:03           
Avropa çempionatında idmançımıza qarşı haqsızlıq – Video
Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının birinci günündə idmançımız Balabəy Ağayev (60 kq) italiyalı Andrea Karlino ilə görüşündə hakim haqsızlığı ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, Ağayev Karlino ilə görüşə kifayət qədər inamlı başlayıb və nəticədə rəqibi passiv qaldığına görə xəbərdarlıq alıb.

Lakin sonradan hakimlər fərqli qərarlar verməyə başlayıblar. Referilər idmançımıza “şido” verib və nəticədə döyüş “qızıl xal”a qədər uzanıb.

Əlavə vaxtda cüdoçumuz yenidən fəallığı artırsa da, hakimlər Ağayevə növbəti xəbərdarlığı edib. Lakin Balabəy tatamidən çıxmağı rədd edərək hakimlərdən qərarlarını yenidən gözdən keçirməyi tələb edib. Amma referilərin qərarında dəyişiklik olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru