“Atletiko” “Real Madrid”ə çata bilmədi - VİDEO

4-11-2023, 12:58           
“Atletiko” “Real Madrid”ə çata bilmədi - VİDEO
İspaniya La Liqasında 12-ci turun “Las Palmas” - “Atletiko Madrid” oyunu başa çatıb.

İlk hissə qolsuz keçsə də, ikinci hissədə tamaşaçılar üç qolun şahidi olublar. Qarşılaşma ev sahiblərinin qələbəsilə bitib - 2:1.

Bu nəticəsindən sonra “Atletiko” İspaniya Primerasının turnir cədvəlində üçüncü yerdə qalıb və lider “Real Madrid”a (28 xal) çatmaq fürsətini əldən verib. Dieqo Simeonenin komandası 11 oyundan sonra 25 xala malikdir. “Las Palmas” isə 12 görüşdən 17 xal toplayaraq 9-cu pilləyə yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru