Almaniya Bundesliqası: “Bavariya” qol vurmaqdan bezmir - YENİLƏNİB + VİDEO

5-11-2023, 08:48           
Almaniya Bundesliqası: “Bavariya” qol vurmaqdan bezmir - YENİLƏNİB + VİDEO
Almaniya Bundesliqasının 10-cu turunun mərkəzi oyununda Dortmund “Borussiya”sı evdə “Bavariya”nı qəbul edib.

Prinsipial matçda qonaqlar 0:4 hesabı ilə qalib gəliblər. Münhenlilərin heyətində Harri Keyn het-trik edib (9,72 və 90+3-cü dəqiqələr).

Oyunda hesabı isə dördüncü dəqiqədə Dayo Upamekano açıb.

“Bavariya” turnir cədvəlində 26 xalla ikinci yerdə, “Borussiya” isə 21 xalla dördüncü yerdə qərarlaşıblar.


04.11.2023, 20:53
Almaniya Bundes Liqasının 10-cu turu çərçivəsində “Bayer” səfərdə “Hoffenhaym”dan üstün olub - 3:2.

Aleks Qrimaldonun dublu Xabi Alonsonun çalışdırdığı komandaya qələbə qazandırıb. Müdafiəçi matçın 45+1-ci və 70-ci dəqiqəsində fərqlənib. Daha bir qolu isə doqquzuncu dəqiqədə Florian Vitrs vurub.

Ev sahiblərindən isə Anton Ştax (56-cı dəqiqə) və Vut Veqhorst (58-ci dəqiqə) fərqləniblər.

“Bayer” 28 xalla Bundes Liqada liderliyini davam etdirir. “Hoffenhaym” isə 18 xalla altıncıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru