AVRO-2024: Serbiya millisi final mərhələsinə vəsiqə qazanıb

20-11-2023, 12:14           
AVRO-2024: Serbiya millisi final mərhələsinə vəsiqə qazanıb
AVRO-2024-ün seçmə mərhələsində sonuncu - X tura start verilib.

Oxu.Az-ın məlumatına görə, doqquz oyunla A, F, G və J qruplarında mübarizəyə yekun vurulub.

Son tur ərəfəsində bu qruplarda İspaniya, Şotlandiya, Avstriya, Belçika, Macarıstan, Portuqaliya və Slovakiya final mərhələsinə vəsiqəni rəsmiləşdirmişdilər. Onlara Serbiya da qoşulub. Draqan Stoykoviçin yetirmələri evdə autsayder Bolqarıstanla heç-heçə edərək, G qrupunu 2-ci pillədə tamamlayıblar.

Azərbaycan millisinin yer aldığı F qrupunda isə Belçika 1-ci, Avstriya isə 2-ci yerlə final mərhələsinə adlayıblar.

AVRO-2024, seçmə mərhələ
X tur
19 noyabr
A qrupu
23:45. Şotlandiya - Norveç 3:3
23:45. İspaniya - Gürcüstan 3:1
Xal durumu: İspaniya - 21, Şotlandiya - 17, Norveç - 11, Gürcüstan - 8, Kipr - 0.

F qrupu
21:00. Belçika - Azərbaycan 5:0
21:00. İsveç - Estoniya 2:0
Xal durumu: Belçika - 20, Avstriya - 19, İsveç - 10, Azərbaycan - 7, Estoniya - 1.

G qrupu
18:00. Macarıstan - Monteneqro 3:1
18:00. Serbiya - Bolqarıstan 2:2
Xal durumu: Macarıstan - 18, Serbiya - 14, Monteneqro - 11, Litva - 6, Bolqarıstan - 4.

J qrupu
23:45. Bosniya və Herseqovina - Slovakiya 1:2
23:45. Lixtenşteyn - Lüksemburq 0:1
23:45. Portuqaliya - İslandiya 2:0
Xal durumu: Portuqaliya - 30, Slovakiya - 22, Lüksemburq - 17, İslandiya - 10, Bosniya və Herseqovina - 9, Lixtenşteyn - 0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru