Çempionlar Liqasının tarixinə kim düşdü? - 10000-Cİ QOL

30-11-2023, 16:44           
Çempionlar Liqasının tarixinə kim düşdü? - 10000-Cİ QOL
"Sevilya"nın müdafiəçisi Serxio Ramos Çempionlar Liqası tarixinin 10 000-ci qolunu vurub.

İspaniyalı futbolçusu PSV-nin qapısına yol tapıb. Lakin bu, komandasının yekunda qələbə qazanmasına kömək etməyib - 2:3.

Maraqlıdır ki, Ramos turnir tarixində 6000-ci qolu da vurub. 2013-cü ildə "Real"ın oyunçusu olaraq "Mançester Yunayted" ilə matçda topu öz qapısına göndərib.

Bu statistika yalnız Çempionlar Liqasının 1992-ci ildən başlayan müasir tarixini nəzərə alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru