Millimiz FİFA reytinqində altı pillə irəlilədi

1-12-2023, 09:44           
Millimiz FİFA reytinqində altı pillə irəlilədi
FİFA ölkələrin reytinqini açıqlayıb.
Millimiz ötən ayla müqayisədə altı pillə irəliləyib və 114-cü mövqedə qərarlaşıb. Hazırda komandanın 1174.22 xalı var. Millimiz AVRO-2024-ün son iki matçında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə isə Belçikaya böyük hesabla məğlub olub – 0:5.
Reytinqə son dünya çempionu Argentina yığması, 1855,20 xalla rəhbərlik edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncüdür
Belçika (1798,46) dördüncüdürsə, beşqat dünya çempionu Braziliya (1784,09) beşinci pilləyə düşüb.
AFFA-nın İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru