İtaliya millisində ağır itki - Berardi AVRO-2024-də oynamayacaq

5-03-2024, 10:34           
İtaliya millisində ağır itki - Berardi AVRO-2024-də oynamayacaq
"Sassuolo” və İtaliya millisinin cinah oyunçusu Domeniko Berardinin vətəri yırtılıb və to, əxminən 6 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçu əməliyyat olunacaq. Bununla da Berardi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının oyunlarında iştirak edə bilməyəcək.

"Bu səhər aparılan müayinə zamanı Domeniko Berardinin sağ ayağında vətərinin tam yırtıldığı aşkar edilib. Çərşənbə axşamı, martın 5-də futbolçu əməliyyat olunacaq”, deyə "Sassuolo"nun mətbuat xidmətinin açıqlamasında bildirilir.

Berardi 2018-ci ildən İtaliya millisində çıxış edir. Milli komandanın heyətində cinah oyunçusu 2020-ci il Avropa çempionatının qalibi olub.
Bu mövsüm futbolçu "Sassuolo"nun heyətində bütün turnirlərdə 18 oyun keçirib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. "Transfermarkt" internet portalına görə futbolçunun təxmini dəyəri 20 milyon avrodur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru