“Qarabağ”a qol vuran futbolçu La Liqa klubuna keçdi - FOTO

5-03-2024, 08:36           
“Qarabağ”a qol vuran futbolçu La Liqa klubuna keçdi - FOTO
İspaniyanın “Atletik” (Bilbao) klubu Portuqaliya “Braqa”sının vingeri Alvaro Calonu transfer edib.

Bu baradə La Liqa klubundan məlumat verilib.

Məlumata görə, 24 yaşlı futbolçu La Liqa klubuna mövsümün sonunda qoşulacaq.

Bildirilir ki, Calo ilə 5 illik müqavilə imzalanıb.
“Braqa” bu transferdən ümumilikdə 20 milyon avro qazanacaq.

Xatırladaq ki, “Braqa” Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olub. Alvaro Calo Bakıda keçirilən matçda fərqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru