Kamavinqa Mbappenin “Real Madrid”ə keçməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi - FOTO

6-03-2024, 18:54           
Kamavinqa Mbappenin “Real Madrid”ə keçməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi - FOTO
“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa PSJ-nin hücumçusu Kilian Mbappenin bu mövsümün sonunda parislilərlə müqaviləsi başa çatdıqdan sonra “kral” klubuna keçib-keçməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano özünün “X” sosial şəbəkəsində məlumat verib.

“Hər şeyi necə var elə deyirəm: Kilianla bu mövzunu müzakirə etməmişəm. O, PSJ-nin oyunçusudur və gələn mövsüm nə olacağını bilmirəm”, - deyə Kamavinqa bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda fransalı hücumçunun artıq “Real Madrid”lə 2029-cu ilə qədər əmək müqaviləsi bağladığı haqda məlumat yayılmışdı. Mbappenin rəhbərlik və komanda yoldaşlarına cari mövsümün sonunda klubdan ayrılacağını dediyi də bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru