Azərbaycanın daha bir boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb

7-03-2024, 10:54           
Azərbaycanın daha bir boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb
Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

Gununsesi.info-nun məlumatına görə, Alfonso Dominqes (92 kq) 1/32 finalda israilli Yan Zakla üz-üzə gəlib.

Dünya çempionumuz rəqibinə heç bir şans verməyib. 5:0 hesabı ilə qələbə qazanan Dominqes mərhələ adlamaqla yanaşı, Zakdan Krakov-2023-dəki məğlubiyyətin revanşını da alıb.

Olimpiya mükafatçımız 1/16 finalda ilk mərhələdən azad olan Emmaneul Reyes Pla (İspaniya) ilə qarşılaşacaq. Görüş martın 7-də olacaq.

Qeyd edək ki, Azərbaycan millisi martın 3-də start götürən yarışda məğlubiyyətsiz irəliləyir. Mübarizəyə qoşulan boksçularımızdan Nicat Hüseynov (51 kq) 1/8 final, Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq), Zeynəb Rəhimova (54 kq) və Şəhla Allahverdiyeva (66 kq) 1/16 finala yüksəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru