"Liverpul"un misirli ulduz futbolçusu məşqlərə başlayıb
7-03-2024, 11:14
İngiltərənin "Liverpul" klubunun misirli ulduz futbolçusu Məhəmməd Salah məşqlərə başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Misirli futbolçu İngiltərə Premyer Liqasının 28-ci turunda keçiriləcək "Mançester Siti" ilə matçdan öncə komanda ilə birgə məşqlərə qoşulub. Onun "Enfild"də keçiriləcək matça qədər hazır olacağı gözlənilir.
M.Salah Afrika Millətlər Kubokunda Misirin Qana millisi ilə qarşılaşdığı matçda zədələnib. O, bu səbəbdən "Liverpul"un son 4 matçında meydana çıxa bilməyib.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm iştirak etdiyi matçlarda 19 qol vurub və 9 məhsuldar ötürmə edib.