Rio-2016:İran atleti dünya rekordunu təzələdi

13-08-2016, 08:18           

İranlı ağır atlet Kianuş Rostami Rio Olimpiadasında dünya rekordunu yeniləyərək, I yer tutub.

APA-nın məlumatına görə, K.Rostami 85 kq çəki dərəcəsində olimpiya çempionu olub.

Toplamda 396 kq (birdən qaldırma – 179 kq, təkanla qaldırma – 217 kq) nəticə göstərən iranlı atlet çinli Tyan Tao və rumıniyalı Qabriel Sinkrayanı geridə qoyaraq öz rekordunu təzələyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.