Lionel Messi Argentina yığmasına qayıtmaq barədə qərar verib

13-08-2016, 08:28           
Lionel Messi Argentina yığmasına qayıtmaq barədə qərar verib
Lionel Messi Argentina millisindəki çıxışını bərpa etməyə qərar verib.

APA-nın “Mundo Deportivo” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə L.Messi rəsmi açıqlama yayıb.

“Mən ölkəmi sevirəm. Bu gün Argentina futbolunda problem az deyil. Odur ki, mən əlavə çətinlik yaratmaq niyyətində deyiləm”, deyə L.Bildirib.

L.Messi iyunun sonunda yığmada karyerasını başa vurduğunu bəyan etmişdi.

O, bu qərarını Amerika Kubokunun finalında Argentinanın Çiliyə məğlub olmasından sonra açıqlamışdı. “Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu mənim qərarımdır”, – deyə hücumçu bildirmişdi.

Qeyd edək ki, Argentina yığması Messi ilə birgə 2007, 2015 və 2016-cı illərdə Amerika Kuboku, 2014-cü ildə isə dünya çempionatının finalında məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru