Rio-2016: Velosipedçi Olqa İsmayılova təsəlli yürüşünə çıxacaq

15-08-2016, 08:34           
Rio-2016: Velosipedçi Olqa İsmayılova təsəlli yürüşünə çıxacaq
Rio-2016 Yay Olimpiya Oyunlarında velosiped idmanı üzrə yarışlar davam edir. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Olqa İsmayılova sprinter növündə mübarizəyə start verib.

Ötən gün keyrin növündə yarışan və uğursuz çıxış edən velosipedçimiz ikinci cəhdini edib.

Yarışa təsnifat mərhələsindən başlayan xanım idmançımız 27 atletin mübarizəsində 1/16 finala yüksəlmək üçün mübarizə aparıb. 11.152 saniyə nəticə göstərən Olqa artıq növbəti mərhələyə yüksəlməyi təmin edib. O, ümumi sıralamada 18-ci olub.

Xanım atletimizin bu mərhələdəki rəqibi Böyük Britaniya təmsilçisi Rebekka Ceyms olub. 10.721 saniyə nəticə ilə təsnifat mərhələsini birinci yerdə tamamlamaqla həm də yeni Olimpiada rekorduna imza atan rəqibi qarşısında idmançımız məğlubiyyətlə barışmalı olub. Velosipedçimiz ikili mübarizəni 11.377 saniyə ilə başa vuran rəqibindən 0.165 saniyə geri qalıb.

O, gücünü təsəlli yürüşlərində sınayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru