Xavi “Milan”ın yeni baş məşqçisi ola bilər

22-04-2024, 17:04           
Xavi “Milan”ın yeni baş məşqçisi ola bilər
Hazırda “Barselona”nın çalışdırıcısı olan Xavi Ernandes “Milan”ın yeni baş məşqçisi vəzifəsinə namizədlərdən biri hesab olunur.

Məlumata görə, “Milan” klubu Stefano Piolini əvəz edə biləcək mütəxəssisləri fəal şəkildə araşdırır.

Komanda sahibinin müşaviri olan Zlatan İbrahimoviçin mövsümün sonunda “Barselona”dan ayrıldıqdan sonra Xavinin “Milan”a gəlməsini istədiyi vurğulanır.

İtaliya klubunun yeni baş məşqçisi postuna digər potensial namizədlər arasında Ruben Amorim (“Sportinq”), Unay Emeri (“Aston Villa”), Serxio Konseysao (“Portu”) da var.
Xatırladaq ki, son aylar “Milan” rəhbərliyinin Piolini işdən çıxarmaq niyyətində olması ilə bağlı söz-söhbətlər artıb.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru