Premyer Liqada qalmaqallı hadisə - 2 futbolçu cinsi təcavüz ittihamı ilə həbs edilib

24-04-2024, 13:18           
Premyer Liqada qalmaqallı hadisə -
İngiltərə Premyer Liqasında eyni klubda çıxış edən 19 yaşlı iki futbolçunun adı qalmaqallı olayda hallanıb.
Dailymail-in xəbərinə görə, polisə zorlama hadisəsi ilə bağlı şikayət daxil olduqdan sonra Premyer Liqanın iki futbolçusu həbs edilib.

Adları açıqlanmayan futbolçuların eyni komandada çıxış etdiyi bildirilib.

Hər iki futbolçunun zaminlikləri ödənildikdən sonra sərbəst buraxıldığı bildirilib.

Futbolçulardan birinin stadionda xüsusi otaqda dindirildiyi, digərinin isə evindən saxlanılaraq polis tərəfindən dindirildiyi bildirilib.

Qeyd edilib ki, futbolçulardan biri cinsi təcavüzdə, digəri isə cinsi təcavüz və cinsi zorakılığa kömək etmək ittihamı ilə həbs edilib.

Adı açıqlanmayan klub rəsmisi hadisə ilə bağlı polisə məlumat verildiyini və hələlik klubdan bu mərhələdə açıqlama verməyəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru