Avropa çempionatında olimpiadaya lisenziya qazanan bədii gimnastlar Vətənə qayıdıblar

28-05-2024, 09:27           
Avropa çempionatında olimpiadaya lisenziya qazanan bədii gimnastlar Vətənə qayıdıblar
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvləri Vətənə qayıdıblar.

"Report" xəbər verir ki, millinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Gimnastları həmkarları, ictimaiyyət nümayəndələri, azarkeşlər, jurnalistlər qarşılayıblar.

Qeyd edək ki, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülükdə uğurlu çıxış ediblər. Yığma 5 halqa ilə çıxışında 36,750, üç lent və iki topla çıxışda isə 33,150 xal toplayıb. Yekunda 70,200 bal yığan komanda olimpiadaya vəsiqə qazanıb.

Qrup hərəkətləri komandası hər iki növdə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.

Bədii gimnastlardan Zöhrə Ağamirova da fərdi yarışlarda Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.