Feliks futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqladı – Bu nə Messidir, nə Ronaldu

10-06-2024, 11:14           
Feliks futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqladı –
“Barselona”nın hücumçusu Joau Feliks futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb.

Fanat.az xəbər verir ki, portuqaliyalı ulduz “The Nude Project”-in sualına belə cavab verib:

“Tarixin ən yaxşı futbolçusu kimdir? Bu, Ronaldinyodur. O, fantastik oyunçu idi”.

Xatırladaq ki, Ronaldinyo “Barselona”, “Milan” və PSJ-də çıxış edib. O, Braziliya millisində 97 oyun keçirib və 33 qol vurub. Yarımmüdafiəçi 2005-ci ildə “Qızıl top”un qalibi olmaqla yanaşı, dünya çempionatının da qalibidir. Bundan əlavə, Ronaldinyo iki dəfə FİFA-nın versiyasına görə ən yaxşı futbolçu seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru