İngiltərə millisinin baş məşqçisi: İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik

21-06-2024, 10:25           
İngiltərə millisinin baş məşqçisi: İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik
İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik.
Bunu İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Danimarkaya qarşı AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis oyunun gözlədikləri qədər yaxşı keçmədiyini bildirib: “Qarşılaşma bizim üçün bir o qədər uğurlu keçmədi. Topu özümüzdə çox saxlaya bilmirik.Düşünürəm ki, daha da yaxşı ola bilərdik. İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik. Sloveniya ilə matçda daha fərqli olmağa çalışacağıq”.

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün C qrupunun matçında İngiltərə Danimarka yığması ilə heç-heçə edib – 1:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru