AVRO-2024: Niderland-Fransa matçı heç-heçə yekunlaşdı 22-06-2024, 11:49 Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Niderland-Fransa görüşü başa çatıb.Oxu.Az xəbər verir ki, Leyptsiq şəhərindəki "Red Bull Arena"da gerçəkləşən D qrupunun oyununda hesab açılmayıb.Qeyd edək ki, bu qrupun II turunun ilk matçında Avstriya Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.Hazırda D qrupunda vəziyyət aşağıdakı kimidir. Facebook-da paylaş