“Formula-1” İspaniya Qran-prisinin təsnifat yarışları keçirlib

23-06-2024, 12:54           
“Formula-1” İspaniya Qran-prisinin təsnifat yarışları keçirlib
“McLaren” komandasının britaniyalı pilotu Lando Norris “Formula-1” üzrə dünya çempionatının onuncu turunun seçmə mərhələsinin qalibi olub.

Yarış Barselona-Kataloniya avtodromunda keçirilir.

İkinci yeri “Red Bull” komandasının holland pilotu Maks Ferstappen tutub. Üçüncü yerdə “Mercedes”dən britaniyalı Lyuis Hamilton qərarlaşıb.

Əsas yarış bazar günü baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Barselona 1991-ci ildən bəri ardıcıl olaraq dünya çempionatına ev sahibliyi edir. İspaniya Qran-prisində qələbələrin sayına görə rekordçular yeddiqat dünya çempionları alman Mixael Şumaxer və Hamiltondur, onların hər biri altı qələbə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru