Amerika Kuboku: ABŞ Boliviyanı, Uruqvay isə Panamanı məğlub edib VİDEO

24-06-2024, 08:27           
Amerika Kuboku: ABŞ Boliviyanı, Uruqvay isə Panamanı məğlub edib  VİDEO
Futbol üzrə Amerika Kubokunun C qrupunda ABŞ yığması Boliviya millisi ilə, Uruqvay isə Panama ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, ABŞ millisi Boliviyanı 2:0 hesabı ilə məğlub edib.

Oyunun taleyi elə ilk yarıda həll olunub. Matçın 3-cü dəqiqsəində hesabı Kristian Pilişiç açıb. Folarin Baloqan isə 44-cü dəqiqədə ikinci qolu vurub.
Qrupun digər görüşündə isə Uruqvay etimadı doğruldub - 3:1. Hesabı Maksimiliano Arauxo 16-cı dəqiqədə vurduğu qolla açıb. Sonrakı qollar matçın ikinci yarısı və əlavə olunmuş dəqiqələrə təsadüf edib. Belə ki, Uruqvay millisinin 85-ci (Darvin Nunyes) və 90+1-ci (Matias Vinya) dəqiqədəki qollarına Panama 90+4-cü dəqiqədə Mikael Murilyonun qolu ilə cavab verə bilib. Qeyd edək ki, Amerika Kubokunun final görüşü iyul ayının 15-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru