AVRO - 2024: Danimarka pley-offa çıxdı, Serbiya çempionatla vidalaşdı

26-06-2024, 09:38           
AVRO - 2024: Danimarka pley-offa çıxdı, Serbiya çempionatla vidalaşdı
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Danimarka və Serbiya milli komandaları arasındakı oyun keçirilib.

Oxu.Az xəbər verir ki, qarşılaşma C qrupu çərçivəsində, Almaniyanın Münhen şəhərindəki "Allianz Arena" stadionunda baş tutub.

Görüşdə qapılara qol vurulmayıb - 0:0.

Qeyd edək ki, bu nəticədən sonra Danimarka 3 xalla qrup ikincisi olub və növbəti mərhələyə vəsiqə qazanıb. İki xala malik Serbiya isə turnirlə vidalaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.