Zubirin “Qarabağ” macərası bitir: Ərəblər ona nə qədər təklif ediblər?

26-06-2024, 15:38           
Zubirin “Qarabağ” macərası bitir: Ərəblər ona nə qədər təklif ediblər?
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qarabağ” paralel olaraq transfer çalışmalarına diqqət ayırıb.

Aut.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin heyətində bir sıra dəyişikliklər edilib. Qapıçı Fabian Buntiç yeni transfer edilibsə, hücumçu Musa Qurbanlı 1 illik “Yurqorden” macərasından sonra geri qayıdıb. Bəhlul Mustafazadə, Nəriman Axundzadə və Riçard Almeyda ilə yeni müqavilə imzalanıb. Eyni zamanda, Adama Diakabi və Andrey Lunyov ilə yollar ayrılıb.

Ancaq “Qarabağ”ı tərk edəcək futbolçuların sayı arta bilər. Bir neçə belə namizəd var ki, onlar arasında ən cəledici ad Abdulla Zubirdir. Fransalı vingerin Ağdam təmsilçisi ilə müqaviləsi bu ayın son günündə başa çatacaq. Onunla yeni sözləşmə üçün bir müddətdir davam edən danışıqlar nəticə vermir.

Bunun əsas səbəbi Zubirin Avropa və Səudiyyə Ərəbistanı klublarından aldığı cəlbedici təkliflərdir. Onların demək olar hamısı fransalı futbolçuya “Qarabağ”dan daha yaxşı maliyyə şərtləri təklif edirlər. Karyerasının qürub çağına başlayan Abdulla isə bu fürsəti geri çevirməyə tərəddüd edir.

Zubir ya lideri və kapitanlarından biri olduğu “Qarabağ”ın 2 illik və ümumi dəyəri 2 milyon manat (təqribən 1,1 milyon avo) olan sözləşmə təklifini qəbul etməlidir, ya da təqribən 2 dəfə yaxşı şərtlərlə başqa kluba üz tutmalıdır. Fransa təmsilçiləri ona illik 1 milyon avroya qədər, ərəblər isə daha yüksək məbləğdə maaş təklif edirlər.

Zubir bu həftə ərzində qərar verməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.