Şahruddin Türkiyə klubu ilə sağollaşdı 27-06-2024, 12:08 Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandası ilə sağollaşıb.Bu barədə qapıçı özü sosial media hesabında paylaşım edib.30 yaşlı qolkiper fotosunu paylaşaraq, - “Hər şey üçün təşəkkürlər, Adana”, - şərhini yazıb.Qeyd edək ki, futbolçu ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçib. Ş. Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb. Facebook-da paylaş