Ukrayna – Belçika matçının ən yaxşı futbolçusu müəyyənləşib 27-06-2024, 07:45 Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Ukrayna – Belçika matçının (0:0) ən yaxşı futbolçusu müəyyənləşib.Gununsesi.info UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Kevin De Bruyne qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.90 dəqiqə meydanda olan 33 yaşlı futbolçu qarşılaşmanı yüksək səviyyədə keçirib. Facebook-da paylaş