AVRO-2024:Gürcüstan Portuqaliyanı məğlub edib 27-06-2024, 08:18 Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Gürcüstan və Portuqaliya milliləri üz-üzə gəlib.Gərgin şəraitdə keçən oyunda gürcülər qərbi avropalıları məğlub edib – 2:0.Oyunun 2-ci dəqiqəsində Kvitsa Kvaratsxeliya hesabı açıb.Görüşün 57-ci dəqiqəsində Corc Mikautadze 11 metrlik cərimə zərbəsindən komandasının ikinci, qarşılaşmanın sonuncu qolunu vurub. Facebook-da paylaş