Amerika Kuboku: Ekvador Yamaykanı, Venesuela Meksikanı məğlub etdi

27-06-2024, 11:38           
Amerika Kuboku:  Ekvador Yamaykanı, Venesuela Meksikanı məğlub etdi
Amerika Kubokunun B qrupunda ikinci turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, günün ilk görüşündə Ekvador Yamayka ilə qarşılaşıb. Sürətli hücumlarla başlayan matçda hesab 13-cü dəqiqədə açılıb. Kasi Palmer avtoqol müəllifi olub - 1:0. 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Kendri Paez Ekvador millisini yenidən hesabda irəli çıxarıb - 2:0. Fasilədən sonra bir qədər toparlanan yamaykalılar fərqi birə endiriblər. 54-cü dəqiqədə Mixail Antonio dəqiq oynayıb - 1:2. Görüşün sonlarına doğru hücumların kəsərini bir qədər də artıran ekvadorlular əsas vaxta əlavə olunmuş birinci dəqiqədə qol vurublar. Alan Minda matçın yekun nəticəsini müəyyənləşdirib - 3:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru