Fil Foden İngiltərə yığmasından ayrılaraq evə qayıtdı 27-06-2024, 15:24 İngiltərə millisinin hücumçusu Filip Foden müvəqqəti olaraq milli komandanı tərk edib.Bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş "Twitter") yazıb.Onun sözlərinə görə, futbolçu təcili ailə işləri ilə əlaqədar Böyük Britaniyaya qayıdıb. Bunu İngiltərə Futbol Assosiasiyası da təsdiqləyib.Xatırladaq ki, İngiltərə yığması Avro-2024-ün qrup mərhələsini lider kimi tamamlayıb. Facebook-da paylaş