“Neftçi”dən “Qarabağ”a badalaq: İstədiyi futbolçuya iki dəfə artıq pul təklif etdi

27-06-2024, 11:39           
“Neftçi”dən “Qarabağ”a badalaq: İstədiyi futbolçuya iki dəfə artıq pul təklif etdi
“Neftçi”nin transfer çalışmalarına başladığı barədə məlumat vermişdik. “Ağ-qaralar”ın yeni baş məşqçisi gələr-gəlməz heyətin gücləndirilməsi prosesinə başlayıb. Ukraynalı mütəxəssisin daha öncə “Polissya”da çıxış edən millimizin üzvü Emil Mustafayevi ixtiyarında görmək istədiyini bildirmişdik. Qriqorçukun hədəfində daha bir futbolçu var.

Aut.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın yeni baş məşqçisi “Qarabağ”a transferi reallaşmaq üzrə olan Aleksey Kaşuku komandasında görmək istəyir. O, futbolçu ilə bu barədə danışıb. Artıq “Neftçi” rəhbərliyi də azad agent olan Kaşukla əlaqəyə keçib və Ağdam təmsilçisindən təqribən 2 dəfə yaxşılaşdırılmış şərtlərlə müqavilə təklif edib.

Alekseyin bakılılara hansı cavabı verdiyi məlum deyil. Amma Qriqorçukun bu transferdə israrlı olduğu dəqiqdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru