Amerika Kuboku: Uruqvaydan beş cavabsız qol

28-06-2024, 09:46           
Amerika Kuboku: Uruqvaydan beş cavabsız qol
Uruqvay-Boliviya görüşündə hesab erkən qolla açılıb. Fakundo Pellestri 8-ci dəqiqədə Boliviya millisini meydanın mərkəzinə dəvət edib - 1:0. 21-ci dəqiqədə səhnəyə çıxan ulduz futbolçu Darvin Nunyes fərqi artırıb - 2:0. Fasilədən sonra da üstünülü əldən verməyən Uruqvay futbolçuları panamalıları ardıcıl iki dəfə cəzalandırıblar. Əvvəlcə Maksimiliano Arauxo 77-ci dəqiqədə üçüncü topu rəqib qapısından keçirib -3:0. 81-ci dəqiqədə Federiko Valverde növbəti qolu vurub - 4:0. Görüşdə son nöqtəni isə 89-cu dəqiqədə Roberto Bentankur qoyub - 5:0.
Qeyd edək ki, ilk turda ABŞ Boliviyanı 2:0, Uruqvay isə Panamanı 3:1 hesabı ilə məğlub etmişdi. İkinci turdan sonra aktivində altı xalı olan Uruqvay qrupun lideridir. Hərəyə üç xalı olan ABŞ və Panama ikinci, üçüncü pillələri bölüşürlər. Xalsız olan Boliviya qrupun sonuncusudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru