Xorvatiya - İtaliya matçına səkkiz dəqiqə əlavə edən hakimlə bağlı qərar verildi

29-06-2024, 11:48           
Xorvatiya - İtaliya matçına səkkiz dəqiqə əlavə edən hakimlə bağlı qərar verildi
41 yaşlı referi Denni Makkeli AVRO-2024-ün qrup mərhələsindən sonra bu turnirdəki matçlarda işləməyəcəyi barədə məlumat alıb.

O, 2024-cü il Avropa çempionatının qrup mərhələsinin iki oyununu idarə edib: Almaniya - Macarıstan (2:0) və İtaliya - Xorvatiya (1:1).

Sonuncu matçda Makkelinin oyunun əsas vaxtına səkkiz dəqiqə əlavə etməsi suallar doğurub.

UEFA niderlandlı referini turnirdən kənarlaşdırmaq qərarına gəlib.

Xatırladaq ki, turnirin qrup mərhələsinin yekunlarına əsasən, Xorvatiya yarışı tərk edib, İtaliya isə 1/8 finala yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru