Abdullah Zubir "Qarabağ"da qaldı - RƏSMİ

30-06-2024, 08:34           
Abdullah Zubir "Qarabağ"da qaldı - RƏSMİ
"Qarabağ" müqaviləsi bir neçə gündən sonra başa çatacaq Abdullah Zubirlə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Klubun mətbuat xidməti xəbər verir ki, yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb.

Fransalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi Ağdam təmsilçisində 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru